http://doi.org/10.58225/sw.2022.2.126-131

BAZAR İQTİSADİYYATINDA QİYMƏTLİ KAĞIZLAR BAZARININ YERİ VƏ ROLU

Quliyeva Cahan Niftalı qızı- müəllim, İqtisadi nəzəriyyə və marketinq kafedrası AzMİU, cahan.quliyeva0901@mail.ru

Xülasə. Bazar iqtisadiyyatının ən mühüm tələblərindən biri geniş və tam nəzarət oluna bilən maliyyə bazarının mövcudluğudur. Maliyyə bazarı olduqca geniş anlayışdır. Ümumi şəkildə maliyyə bazarını iki yerə bölmək olar: Bank kreditləri bazarı və qiymətli kağızlar bazarı. Müasir şəraitdə bazar iqtisadiyyatı modelinin tam işləyə bilməsini təmin edən strukturlardan biri isə qiymətli kağızlar bazarıdır. Qiymətli kağızlar bazarı uzunmüddətli təklif və tələbatın qarşlaşdığı bazardır. Belə bir bazarın inkişafı üçün iqtisadi, sosial və siyasi şərtlərin olması zəruridir. Belə ki, iqtisadiyyatda uzunmüddətli fondların yüksək paya çatması, şirkətlərin uzunmüddətli formada olan tələbinin artması, ölkədə siyasi sabitlik, açıq tipli səhmdar şirkətlərin yayılması, xalqın gəlir səviyyəsinin yüksək olması və s. bu kimi şərtlərin olması tələb olunur. Təqdim edilən məqalədə kredit pul siyasətinin əsas cəhəti bazarda əməliyyatlar aparmaq, yeni dövlət qiymətli kağızlarının alqı-satqısını həyata keçirməkdir.

Açar sözlər: dövriyyə, investor, kapital, ənənəvi bazar, kassa bazarı, vahid əmanət

;