Müəlliflər üçün məlumat


Məqalənin materialları "Elmi əsərlər" jurnalının mövzusuna uyğun olmalıdır və əvvəllər nəşr olunmayan və digər  çap və ya elektron nəşrlərdə  nəşr  olunmayan yeni  tədqiqat nəticələrini əks etdirməlidir. Bütün məqalələr bir qayda  olaraq plagiat yoxlamasından və rəy vermədən keçir. Hər bir nömrədə  bir müəllifdən ən çox iki məqalə qəbul  edilir. Jurnal texniki elmlər üzrə referativ məlumatların beynəlxalq EBSCO (USA)  verilənlər bazasına daxildir.

Bölmələr və daxil olan mövzular

Memarlıq

İnşaat

Mexanika

İqtisadiyyat

Memarlıq layihələndirilməsi və şəhərsalma

İnşaat konstruksiyaları

Tikinti və nəzəri mexanika

Tikintinin menecment və iqtisadiyyatı

Landşaft memarlığı

Tikinti istehsalatının texnologiyası və təşkili

Bünövrələr, özüllər və yeraltı qurğular

Sənayenin təşkili və idarə olunması

Memarlıq abidələrinin bərpası və rekonstruksiyası

Bina və qurğuların istismarı və rekonstruksiyası

Geomatika

İqtisadi nəzəriyyə və marketinq

Dizayn

Binaların mühəndis-kommunikasiya sistemləri

Tikinti materialları

 

 

Məqalənin hazırlanmasının tərtibat qaydası

Əlyazmanın təqdim olunması
Redaksiyaya məqalə vermək üçün onu sw@azmiu.edu.az elektron poçta göndərə bilərsiniz.Əlyazmanın jurnal üçün formalaşdırılması (formal əlamətlərə və tələblərə uyğun formalaşdırılmış) vacibdir. Bu əhəmiyyətli dərəcədə məqalənin qəbul edilməsi prosesini sürətləndirəcəkdir, belə ki,  redaktorlar əlyazmanı təkrar formatlaşdırmaq üçün sizə yenidən geri göndərmiyəcəklər.

 

Məsləhət: məqalənizi yazmamışdan öncə jurnalın tələbləri ilə tanış olmanız məqsədə uyğundur.
 

Bununla siz vaxtınıza qənaət etmiş olacaqsınız, çünki hazır işi sonradan jurnalın tələblərinə uyğun dəyişmək lazım gəlməyəcəkdir.Əlyazmanı göndərməmişdən öncə əmin olun ki:
 

- Jurnalın tələblərinə uyğun olaraq səhifələrin, annotasiyadakı sözlərin və açar sözlərdəki sayla balı bütün məhdudiyyətləri yerinə yetirdiniz,
 

- Məqalənizdə bütün zəruri bölmələr təqdim etdiniz,
 

-Məqalənizdə qrammatika və punktuasiya ilə heç bir problem yoxdur,
 

- Siz istənilən bütün əlaqə məlumatlarını təqdim edirsiniz,
 

- şəkil və cədvəllər yerlərindədir və lazımi keyfiyyətdədir,
 

- istinadın formalaşdırılmasında düzgün formatdan istifadə edirsiniz, özünə istinada qoyulan limiti keçmirsiniz və müasir, aktual mənbələrə istinad verirsiniz.

Ödəniş

Məqalənin təqdim olunması, resenziyalaşdırma prosesi və müəlliflərin konsultasiyası kimi əməliyyatlar pulsuz həyata keçirilir. Yalnız ölkə xaricindən göndərilən məqalənin jurnalda çap olunan nüsxəsinə və çatdırılmaya görə ödəniş tələb olunur.Jurnalın bir nüsxəsi 40 AZN (20 AVRO) təşkil edir. Çatdırılma haqqı göndəriləcək ölkədən asılı olaraq dəyişir.

 

 

                                                       

;