http://doi.org/10.58225/sw.2022.2.119-125

BİNANIN ENERJİ SƏMƏRƏLİYİNƏ TƏSİR EDƏN XARİCİ KONSTRUKSIYALARIN NORMALAŞDIRILMIŞ İSTİLIK- TEXNİKİ PARAMETRLƏRİ

Əkbərova Samirə Misirxan- t.e.n., dosent, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, AzMİU, samira.akbarova@azmiu.edu.az

Xülasə. Qoruyucu konstruksiyalarda baş verən enerji itkiləri əsasən istifadə olunan inşaat materialların istilik-texniki göstəricilərindən, binanın istismar şərtlərindən, optimal konstruktivmemarlıq-dizayn həllərindən və tikinti rayonun iqlim göstəricilərindən asılıdır. Hal-hazırda Bakı şəhərində binaların xarici divarlarının 0,2- 0,4 m qalınlığında əhəngdaşından və ya boşuqlu kərpicdən
hörülməsi qüvvədə olan inşaat normalarına görə enerji effektivlilik tələbini ödəmir. Məqalədə binaların istilik mühafizəsi problemlərinin həlli nöqteyi-nəzərdən inşaat konstruksiyalarının optimal
layihələndirilməsi üçün xarici konstruksiyalara qoyulan tələblərin təhlili aparılıb. Bunların ödənilməsi üçün əhəngdaşından olan xarici divarın qalınlığı 1,34m, boşluqlu kərpicdən 0,97, məsaməli betondan (Gobustone) isə 0,28m-dən az olmamalıdır. Əhəng daşından və boşluqlu kərpicdən göstərilən qalınlıqda xarici divarın hörülməsi isə real deyil. Müasir binaların enerji effektivlik tələbinə cavab verməsi üçün bu növ xarici divar konstruksiyalarında mütləq istilik izolyasiya qatından istifadə olunmalıdır.
Açar sözlər: faktiki termiki müqavimət; istilikkeçirmə əmsalı; istilik itkiləri; enerji effektivliyi; istilik mühafizəsi

;