http://doi.org/10.58225/sw.2022.2.34-46

DAVAMLI PARKIN İQTİSADİ FAYDALARI: ŞƏHƏRİN ƏTRAF MÜHİTİNİ
YAXŞILAŞDIRMAQ ÜÇÜN BİR HƏLL

 

Nasiri Amir Qulamreza- doktorant, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası, AzMİU, amir.architect82@gmail.com

Xülasə. Davamlı şəhər parkları ətraf mühitin yaşıl xammalla təmin olunmasını məqsəd qoyaraq, davamlı iqtisadiyyatın əsasını təşkil edir. Çünki dayanıqlı parkların iqtisadiyyatı ekoloji dövriyyə modelinə malikdir ki, burada xammalın əldə oyalnız yenidən emal və istehsal yolu ilə mümkündür.Buna görə də, dayanıqlı lunması parklar da daxil olmaqla yaşıl sahələrə daha çox investisiya qoyulmalıdır. Eyni zamanda iqtisadi investisiyalar tədricən bahalı və dağıdıcı sənaye sektorlarından daha qənaətcil istehsala səbəb ola biləcək ekoloji cəhətdən təmiz yaşıl sektorlara keçməlidir. Aydındır ki, təbii kapitalın daha çox olduğu ərazilərdə iqtisadi inkişafın belə modelinin həyata keçirilməsi daha asan və daha az riskli ola bilər. Bu məqsədlə, bu məqalə aşağıdakı amillərin vasitəsi ilə dayanıqlı parklarda dörd iqtisadi və ekoloji komponent nəzərdən keçirilir: 1-Davamlı Parklarda Enerji Səmərəliliyi və Elektrik enerjisinin Ötürülməsi Xərclərinin azaldılması. 2- Ekoloji cəhətdən təmiz şəhər parklarının mühitində qeyri-ekoloji materialların alınmasına tələbatın azalması. 3- Davamlı parklarda adambaşına düşən su istehlakı xərclərinin azaldılması. 4- Parkın yaşıl landşaftında bitkilərin əkilməsi layihəsi müzakirə olunur.
Açar sözlər: davamlı park, ətraf mühitin yaxşılaşdırılması, enerji səmərəliliyi, davamlı materiallar, davamlı su istehlakı, economic coverage of the landscape

;