http://doi.org/10.58225/sw.si.2022.1.197-202

QARABAĞ “YAŞIL” ENERJİ ZONASI ÜÇÜN GÜNƏŞ PANELLƏRİ İSTİLİK ENERJİSİ İSTEHSALININ QİYMƏTLƏNDİRİLMƏSİ

Məmmədov Nurməmməd– t.e.n., dosent, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, AzMİU, orcid ID 0000-0002-0508-0439, nurmammad.mammadov@azmiu.edu.az

Əkbərova Samirə- t.e.n., dosent, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, AzMİU, orcid ID 0000-0002-0916-7734, samira.akbarova@azmiu.edu.az

Xülasə. Azərbaycanın Qarabağ regionunun “yaşıl” enerji zonasına çevrilməsi haqqında sərancamın həyata keçirilməsi nöqteyi-nəzərdən bərpa olunan enerji mənbələrinin səmərəli istifadəsi perspektivlərinin təhlili aktual məsələdir. Məqalə Qarabağın Qubadlı bölgəsinin iqlim parametrləri üçün günəş panellərinin tətbiqi perspektivləri və istilik enerjisi istehsal gücünün hesablama programı vasitəsi ilə qiymətləndirilməsinə həsr olunub. Hesabat nümunəsinə əsasən Qubadlı bölgəsində 50m2 sahədə yerləşdirilən Hevelius SCM-12-180-58 (Polşa istehsalı) borulu günəş panellərin sayı 12 ədəd, f.i.ə. 70%, vakuum borularının istilik itkisi əmsalı 0.5Vt/m2 olduqda günəş radiasiyasının vasitəsi ilə alınan istilik enerjisinin orta miqdarı 1625 kVt/m2 və ümumi istilik enerjisi istehsalı- 14938 kVt·st/il təşkil edir. Aparılan hesabat metodikası hər hansı bir region üçün tətbiq oluna bilər.

Açar sözlər: Qarabağ, “yaşıl” enerji zonası, günəş panelləri, bərpa olunan enerji resursları, Qubadlı

;