http://doi.org/10.58225/sw.si.2022.1.83-88

1991-CI İLDƏ XOCALI ŞƏHƏRİ ƏRAZİSİNƏ TƏŞKİL EDİLMİŞ TƏLƏBƏ EKSPEDİSİYASI VƏ ONUN NƏTİCƏLƏRİ

Nurməmmədov Məhəmməd- baş müəllim, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, m.nurmamedov@mail.ru

 

Xülasə. Məqalə Xocalı və Ağdam rayonu ərazilərinə 1991-ci ildə bir qrup tələbə-memarın təşkil etdikləri ekspedisiya zamanı gördükləri işlərin nəticələrinə həsr olunmuşdur. Ekspedisiyanın əsas məqsədi AzİMU-nun şəhid tələbəsi Fuad Babayevin adına layihələndirilmiş xatirə bulağının tikintisi üçün yer seçmək, tikinti işlərini Xocalının yerli təşkilatları ilə razılaşdırmaqdan ibarət olmuşdur. Xocalıda olduqları müddət ərzində ekspedisiya üzvləri qarşılarına qoyduqları tapşırıqları yerinə yetirmişdir. Məqalədə eyni zamanda Xocalı ərazində və ətrafında yerləşmiş Xoca Əli türbəsi, Əsgəran qalası, Ağdamın Gülablı və Abdal Gülablı kəndləri ərazilərində yerləşən məscid və qədim hamam binalarına aid ekspedisiya üzvlərinin topladıqları materiallar təqdim edilir. Məqalənin sonunda nəticə olaraq qarşıda duran vəzifələr müəyynləşdirilmiş və qeyd olunan abidələrin bərpa və istifadəsi ilə bağlı təkliflər irəli sürülmüşdür. 

Açar sözlər: Xocalı, Ağdam abidələri, Əsgəran qalası, Xocalı türbəsi, Gülablı abidələri, Abdal Gülablı

;