http://doi.org/10.58225/sw.2024.2-179-184

SWOT TƏHLİLİN BÜDCƏNİN FORMALAŞMASINDA VƏ STRATEJİ PLANLAŞDIRMA ÇƏRÇİVƏSİNDƏ APARILMASININ ƏHƏMİYYƏTİ

Abasova Pərvin Fərhad qızı- müəllim, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU, absprvn@gmail.com

Xülasə. SWOT təhlili şirkətin (və ya layihənin, biznesin, ideyanın və s.) güclü və zəif tərəflərini, imkan və təhdidlərini qiymətləndirmək üçün istifadə olunan strateji vasitədir. İstifadəçilər şirkətlərini daha yaxşı başa düşmək, rəqiblərini daha yaxşı qiymətləndirmək, strateji planlar hazırlamaq və əməliyyatlarını təkmilləşdirmək üçün SWOT təhlilindən istifadə edə bilərlər. SWOT təhlilinin tətbiqi müəyyən bir sayt üçün strateji planın hazırlanmasında və ya mövcud strategiyanın yenidən nəzərdən keçirilməsində faydalı ola bilər. Bu təhlil strategiyanın formalaşdırılmasının bir hissəsi kimi istifadə olunur və həmçinin təşkilatın güclü və zəif tərəflərini qiymətləndirmək və çıxış yollarını müəyyən etmək üçün imkan və təhdidləri nəzərə alır. Şirkətin bazarda rəqabət üstünlüyünü təmin edən daxili xüsusiyyətləri yaxud rəqiblər ilə müqayisədə daha əlverişli mövqeyi və məhsulun özünü rəqiblərindən üstün hiss etdiyi sahədir.Strateji planlaşdırılmada şirkətə təsir edın güclü tərəflərin əhəmiyyəti: güclü tərəflərin hesabına şirkət öz mövqeyini , mənfəət və satış səviyyəsini artıra bilər, güclü tərəflər rəqiblər arasında məhsul və ya xidmətin əlverişli mövqeyini təmin edir. Güclü tərəfləri möhkəmləndirmək, yaxşılaşdırmaq, istehlakçı bazarı ilə daim müqayisə edərək istifadə etmək lazımdır.

Açar sözlər: SWOT təhlil, biznes, büdcə, rəqabət,strategiya, rəqiblər, strateji planlaşdırma, risklərin idarə edilməsi

;