http://doi.org/10.58225/sw.2024.2-153-158

VİPNET-DƏ QOVŞAQLARIN QARŞILIQLI ƏLAQƏSİNİN İŞLƏNMƏSİ

Nurəliyev Camaləddin Ağabala oğlu- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, camal.nuraliyev@gmail.com

Xurşudov Dursun Qədir oğlu-baş müəllim, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, dursuncosqun@gmail.com

Məmmədli Məryam İqbal qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, maryammammadli@gmail.com

Xülasə. Texnologiyanın sürətli inkişafı dövründə informasiya təhlükəsizliyi problemləri ən kəskin şəkildə ortaya çıxır. Avtomatlaşdırılmış informasiya emalı və idarəetmə sistemlərindən istifadə informasiyanın icazəsiz girişdən qorunmasını artırmışdır. Kompüter sistemlərində informasiya təhlükəsizliyinin əsas problemləri onların kütləvi informasiya vasitələri ilə ciddi şəkildə bağlı olmaması ilə əlaqədar yaranır. Rabitə kanalları üzərindən asanlıqla və tez surətdə kopyalana və ötürülə bilər. İnformasiya sistemi pozucuların həm xarici, həm də daxili təhdidlərinə məruz qalır.Kompüter şəbəkələrində işləyərkən informasiya təhlükəsizliyinin əsas problemlərini üç növə bölmək olar: • Məlumatın ələ keçirilməsi (məlumatların məxfiliyinin pozulması), • Məlumatın dəyişdirilməsi (əsl mesajın təhrif edilməsi və ya başqa məlumatla əvəz edilməsi), • Müəllifliyin dəyişdirilməsi (məlumatların oğurlanması və müəllif hüquqlarının pozulması). Bu gün kompüter sistemlərinin icazəsiz girişdən qorunması, hardware ilə müqayisədə proqram təminatı və kriptoqrafik mexanizmlərin artan rolu ilə xarakterizə olunur. İnformasiya təhlükəsizliyi sahəsində yeni problemlər artıq nisbətən yüksək hesablama mürəkkəbliyinə malik protokol və mexanizmlərdən istifadəni tələb edir. Bu problemlərin həlli yolu virtual özəl şəbəkələrin (VPN) yaradılmasıdır.

Açar sözlər: İnformasiya,məlumat,komputer, təhlükəsizlik,VPN

;