http://doi.org/10.58225/sw.2024.2-76-81

PARALEL ŞƏBƏKƏLƏRİN İSTİSMARINDA QAZ İTKİLƏRİNİN QARŞISININ ALINMASI MƏQSƏDİ İLƏ BAĞLAYICI ARMATURLARIN SƏMƏRƏLİ YERLƏŞDİRİLMƏSİNİN TƏDQİQİ

Əliyev İlqar Qiyas oğlu -t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, i_q_aliyev@mail.ru

Yusifov Maarif Zabit oğlu - t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, maarif_yusifov@mail.ru

Ömərqədiyeva Mədinə Əbdürəşid qızı - m.ü.f.d., baş müəllim, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, medina-omar@mail.ru

Xülasə: Tələbatçı müəssisələrin işini onları qaz yanacağı ilə qidalandıran paylayıcı kəmərin iş rejimindən asılı etməmək və həmin müəssisələrin qazla təminin fasiləsizliyinin təşkili vacib məsələlərdəndir. Bu məqsədlə şəbəkənin istismarının yeni texnoloji əsaslarının işlənilməsi və qaz nəqletdici şəbəkələrə quraşdırılmış müasir avadanlıqların sayəsində qaz itkisinin qarşısının alınması üçün nəzəri- əsaslandırılmış hesabat sxeminin işlənilməsi böyük əhəmiyyət kəsb edir. Məqalədə paralel qaz kəmərlərinin istismarında qaz itkilərinin qarşısının alınması məqsədilə baglayıcı armaturların səmərəli yerləşdirilməsi tədqiq edilmiş, paralel qaz kəmərlərinin istismarının nəzəri və texniki əsaslarları üçün təkliflər verilmişdir.

Açar sözlər: Paralel qaz kəmərləri, qaz kəmərlərinin istismarı, kəmərlərin əlaqələndiricisi, lupinq, çox düzümlü boru şəbəkəsi, fasiləsiz qaz təminatı, qəza rejimi, armaturların optimal addımı

;