http://doi.org/10.58225/sw.2024.2-37-41

QARA RƏNGİN İŞIĞI TANINMIŞ QRAFİKA USTASI ƏDALƏT HƏSƏNOVUN YARADICILIQ PORTRETİ

Səmədov Ceyhun Yaşar oğlu– s.ü.f.d., Təsviri incəsənət kafedrası, AzMİU, jeyhun.samadov@azmiu.edu.az

Annotasiya. Məqalədə Ulduz jurnalının bədii rəssamı Ədalət Həsənovun qrafika sənətindən bəhs edilir. Rəssam qrafikanın janr və texniklarından əsasən kitab və jurnal qrafikasına daha çox üstünlük verirdi. Əsas fəaliyyəti 1967-ci ildən nəşr olunmağa başlayan “Ulduz jurnalının bədii tərtibatı idi. Müasir dövrümüzdə kompyuter proqramlarının hesabına kitab və jurnalların bədii tərtibatı üçün geniş imkanlar mövcuddur. Lakin o dövrdə bu kimi imkanlar olmadığından əsas iş bədii rəssamın üzərinə düşürdü. Azərbaycan yazıçıları və şairlərinin əsərlərinə çəkdiyi rəsmlər və həmin əsərlərin məzmununu ifadə etmək cəhdi onların təbliğindədə müəyyən rolunu oynayırdı. Qrafik əsərlərin Respublika və beynəlxalq rəsm sərgilərində nümayişi bu təbliğatı dahada gücləndirirdi.

Açar sözlər: rəssam, qrafika, “Ulduz” jurnalı, bədii tərtibat, sərgi

;