http://doi.org/10.58225/sw.2024.2-5-11

BÖYÜK ŞƏHƏRLƏRDƏ SƏS-KÜY VƏ ONUNLA MÜBARİZƏ TƏDBİRLƏRİ

Allahverdiyeva Svetlana İsmayıl qızı – dosent, m.ü.f.d., Memarlıq konstruksiyaları və abidələrin bərpası, Svetlana.allahverdiyeva1@gmail.com

Xülasə. Nəqliyyat səs-küyü böyük şəhərlərdə insanların rahatlığını pozduğundan, onların normal işinə mənfi təsir ğöstərdiyindən onunla mübarizə ekologiyaya daxil olan aktual məsələlərdən biri sayılır. Səs-küylə mübarizəyə ümumdünya miqyasında nəzarət edilir. Standartlaşdırma üzrə Beynəlxalq Cəmiyyətin “Akustika texnikası Komitəsi”ndə “Səs- küy” və “İnşaat akustikası” bölmələri yaradılmışdır. Bu bölmələr səs-küyün ölçülməsi, normallaşdırılması üzrə standartların yaradılması ilə məşğuldur. İnsanları səs-küyün xoşagəlməz təsirindən mühafizə etmək, onun intensivliyini, spektral tərkibini və təsir müddətini normallaşdırmaq məqsədilə sanitariya normaları tərtib edilmişdir.

Аçar sözlər: səs-küy, magistral yol, yaşıllıq, səs enerjisi, səs mənbəyi, səs udma, ekranlar

;