http://doi.org/10.58225/sw.2024.1-102-106

ÇOXPROSESSORLU MULTİPROSESSOR SİSTEMLƏRİNİN SİNİFLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ

Nurəliyev Camaləddin Ağabala oğlu- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, camal.nuraliyev@gmail.com

Nağıyeva Məlahət Vahid qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, melahet.nagiyeva@gmail.com

Məmmədli Məryam İqbal qızı- assistent, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU, maryammammadli@gmail.com

Xülasə. Çox saylı əmrlər seili və çox saylı verilənlər selinə malik sinif arxitekturada istifadə olunan prosessorlar sistemdə biri birindən asılı olmayaraq sərbəst fəaliyyat gös-tərirlər. Ayrı ayrı verilənlər selinə epizodik müraciətlər edirlər. Deməli bu tip sistemdə hər bir prosessor özünün proqrammasını heç nədən asılı olmadan yerinə yetirir. Bu sistem çox böyük çevikliyə malikdir[5]. Onlar eyniadlı aparat ava-danlıqları və proqram təminatlarının dəstəyi ilə bir istifadəçili sistemlərdə hbir, həm də çox tətbiqi proaramlı məsələlərin həllində yüksək məhsuldarlıqla iş-ləmək imkanına malikdirlər. Bu halda sistem çoxsaylı məsələlərin paralel həlli üsulundan istifadə edəcəkdir. Qeyd etmək lazımdır ki, müasir tip multiprosessor sistemlərini adi kompyuter, işçi stansiya və ya serverlərdə istifadə olunan mikro-prosessorlar əsasında qurmaq olar. Qeyd olunan multiprosessor sistemlərinin heç biri tam kamil sayılmır. Çünki elə tələblər mövcuddur ki, onların icrası bu tip sistemlərdə mümkün olmur. Elə əmrlər var ki, onların yerinə yetirilmə prinsipləri sistemdə nəzərə alınmayıb.

Açar sözlər: mikroprosessor, qovşaq, klaster, keş,əməli yaddaş qurğusu

;