http://doi.org/10.58225/sw.2024.1-90-96

TƏMİR İŞLƏRİNDƏ UZUNÖLÇÜLÜ CALAQSIZ RELS-ŞPAL ÇƏRÇİVƏSİNDƏ YARANAN GƏRGİNLİK VƏ DEFORMASIYALARIN TƏDQİQİ

Əhmədov Heybətulla Mabud oğlu- t.e.d., prof., Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası, AzTU, heybetahmed@aztu.edu.az

Axundov Qəzənfər Nəsrulla oğlu- baş müəllim, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrası, AzTU, qezenfer.axundov@student.aztu.edu.az

Annotasiya. Məqalədə uzunölçülü calaqsız rels-şpal çərçivəsinin alt quruluşunda təmir işləri apararkən, onun qaldırılması və ya üzərinə ağır çəkili yol maşınlarının çıxması ehtiyacından yaranan gərginlikdən yolun həmin hissəsində formalanan qüvvənin təsirindən qalıq deformasiyasının fəsadları və onların aradan qaldırılması tədbirlərindən bəhs edilir.Calaqsız rels-şpal çərçivəsinin əyilməsindən yaranan uzununa qalıq yerdəyişmə yolun üst hissəsinin bütün elementlərinə mənfi təsir göstərərək, onların xidmət müddətini azaldır.Təcrübələr göstərir ki, şpalların altında çınqıl ballast qatını lazımınca möhkəmləndirməklə, taxılma və ya klemmalı boltları lazımınca bərkitməklə relsşpal çərçivəsinin uzun müddət blə mənfi təsirlərə məruz qalmaması üçün yaxşı şərait yaratmaq olar.Təmirdən sonra relslərin uzunluğu boyunca qalıq yerdəyişmə səbəbindən yarana biləcək əlavə qüvvəni hesablamaqla, bu məsələnin baş verməməsi üçün proqnoz da vermək olar. Rels-şpal çərçivəsinin bundan sonrakı işləmə dövrü üçün elə şərait yaratmaq lazımdır ki, onun quruluşunda yerdəyişmələr və əyilmələr baş verməsin.Ballast prizmasını xüsusi maşınlar vasitəsiylə möhkəmləndirməklə və relsləri lazımınca bərkidilmə rels-şpal çərçivəsinin uzununa istiqamətdə vəziyyətinin stabilləşdirilməsini tam təmin etmək mümkündür.

Açar sözlər: dəmir yolu, calaqsız rels, rels-şpal çərçivəsi, relsin uzunluğu boyunca yaranan dartıcı qüvvə, uzununa sıxıcı qüvvə, dəmir yolunun təmir işləri, calaqsız yolun üst quruluşu, ballast prizması

;