http://doi.org/10.58225/sw.2024.1-49-56

PARALEL QAZ KƏMƏRLƏRİNİN REKONSTRUKSİYASININ TEXNOLOJİ ƏSASLARI

Əliyev İlqar Qiyas oğlu -t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, i_q_aliyev@mail.ru
Yusifov Maarif Zabit oğlu - t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, maarif_yusifov@mail.ru
Əlizadə Niyaz İlqar oğlu- dissertant, Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası, AzMİU, alizade.niyaz@mail.ru

Xülasə. Tələbatçı müəssisələrin iş rejimini onları qaz yanacağı ilə qidalandıran, paylayıcı qaz kəmərinin iş rejimindən qeyri-asılı etmək, başqa sözlə həmin müəssisələrin qazla təminin fasiləsizliyinin təmini vacib problemlərdən biri olaraq qalır. Bu səbəblə rekostruksiyanın yeni texnoloji əsaslarının işlənilməsi və qaz nəqletdici şəbəkələrə quraşdırılmış müasir avadanlıqların səviyyəsində qaz itkisinin qarşısının alınması səbəbilə nəzəri - əsaslandırılmış hesabat sxeminin işlənilməsi böyük əhəmiyyət kəsb edir. Məqalədə paralel qaz kəmərlərində əlaqələndiricilər arasındakı addımın iqtisadi cəhətdən uzunluğunun təyini məqsədilə analitik ifadə tapılmış, nəzəri və texniki əsaslarla fəaliyyətdə olan çox düzümlü paralel qaz kəmərlərinin rekonstruksiyasının effektiv üsulları üçün rekonstruksiya variantı işlənilmişdir.

Açar sözlər: paralel qaz kəmərləri, qaz kəmərlərinin rekonstruksiyası, kəmərlərin əlaqələndiricisi, lupinq, çox düzümlü boru şəbəkəsi, fasiləsiz qaz təminatı, qəza rejimi, armaturların optimal addımı

;