http://doi.org/10.58225/sw.2024.1-44-48

ÖZÜYERLƏŞƏN BETON TƏRKİBLƏRİNİN İŞLƏNMƏSİ

Əkbərova Sevinc Mirhəsən qızı – t.e.n., dosent. Materialşünaslıq kafedrası, AzMİU, sev10@rambler.ru
Qəhrəmanov Sənan Həkim oğlu-dissertant, Materialşünaslıq kafedrası, AzMİU, senan876@mail.ru

Xülasə. Özüyerləşən betonların yaradılması superplastifikatorların və mikrosilikanın betonlarının texnologiyasında tətbiqi sayəsində mümkün olmuşdur. Lakin tam şəkildə özüyerləşən betonun ideyası yapon alimləri tərəfindən polikarboksilatlı birləşmələr əsasında superplastifikatorların yeni nəslinin yaradılmasından sonra həyata keçirilmişdir. Bu superplastifikatorların təsir mexanizmi yalnız elektrostatik itələmə ilə deyil, həm də sterik təsir əsasında qurulmuşdur. Özüyerləşən beton tərkiblərinin işlənməsi və alınan betonların tikintidə tətbiqi üçün bir neçə sınaq metodları həyata keçirilimişdir. Betonun tərkibinin seçilməsinin Okamura metodu göstərilmişdir. İlkin materiallara minimal tələblər, doldurucunun maksimal ölçüsünün seçilməsi, suyun və cəlb edilmiş hava miqdarının seçilməsi, su-sement nisbətinin seçilməsi, sementin miqdarının hesablanması, iri doldurucunun miqdarının seçilməsi, xırda doldurucunun miqdarının seçilməsi kimi məsələlər nəzərdən keçirilimişdir.

Açar sözlər: özüyerləşən beton, mikrosilika, superplastifikator, doldurucu, cəlb edilmiş hava

;