http://doi.org/10.58225/sw.2024.1-25-29

QLOBALLAŞMA MƏRHƏLƏSİNDƏ OLAN İRİ ŞƏHƏRLƏRDƏ DAYANIQLI REKREASİYA ZONALARININ TƏŞKİLİ

Mustafayeva Fidan Vaqif qızı– m.ü.f.d., dosent əvəzi, Memarlığın əsasları kafedrası, AzMİU, fidan.mustafayeva@azmiu.edu.az

Xülasə. Məqalədə Bakı və qloballaşma mərhələsində olan inkişaf etmiş dünya şəhərlərinin inkişaf istiqamətində vacib rolu olan çoxfunksiyalı, geniş rekreasiya zonalarına yaranmış kəskin ehtiyac problemi tədqiq olunur. Tədqiqat prosesində Bakı və dünyanın iri şəhərləri üçün qloballaşma şəraitində təqdim olunan bərpa-inkişaf konsepsiyaları müqaisə edilib, problemə uyğun həll yolu müəyyən olunmuşdur. Təhlillərin nəticəsi olaraq iri və qloballaşma mərhələsində olan şəhərləri müsbət istiqamətdə yönləndirəcək konsepsiyaların əsasasını təşkil edən rekreasiya zonalarının salınması məsələsinin təsir dairəsi təyin edilir. Eyni zamanda, qloballaşma mərhələsində olan iri şəhərlərdə layihələndiriləcək rekreasiya zonalarının təyinatı və funksional müxtəlifliyinin təşkili prosesində əsas diqqət yetirilməli məqamlar müəyyən olunmuşdur. Ümumi olaraq belə nəticəyə gəlirik ki, qloballaşma mərhələsində olan iri şəhərlərdə düzgün funksional təyinata malik və geniş rekreasiya zonalarının layihələndirilməsi əhalinin həyat keyfiyyətini yüksəldərək, şəhərlərin xaotik genişlənməsinin qarşısını alacaq. Məsələnin düzgün həlli üçün eyni zamanda iri şəhərlərin əhalisinin sosial ehtiyacları, şəhərin ekoloji vəziyyəti, şəhərin strukturu və inkişaf istiqaməti məsələlərinin balansı ciddi şəkildə müqaisə olunaraq vəhdət təşkil edən layihə təklifi təqdim edilməlidir.

Açar sözlər: dayanıqlı rekreasiya zonaları, iri şəhərlər, qloballaşma prosesi, şəhər orqanizmi, çoxfunksiyalı parklar

;