http://doi.org/1058225/sw.2023.1-144-148

HAVA TƏBƏQƏLİ FASADLARIN ÜSTÜNLÜKLƏRİ VƏ ENERJİ SƏMƏRƏLİLİYİ İLƏ BAĞLI GÖSTƏRİCİLƏRİN ANALİZİ

Əkbərova Samira Misirxan qızı- t.e.n., dosent, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, AzMİU, sqiom@yahoo.com

Annotasiya. Bina və tikililərdə baş verən enerji itkilərinin təxminən üçdə bir hissəsi onların xarici qoruyucu konstruksiyalarının payına düşür və bu baxımdan binaların enerji səmərəli olmasında konstrusiyarın rolu danılmazdır. Məqalə ventilyasiya olunan hava təbəqəli fasadların konstruktiv həlli sxemlərinin,üstün və çatışmayan cəhətlərinin analizi əsasında onların enerji səmərəliliyi problemlərinin həlli yollarının araşdırılmasına həsr olunub. Bu növ fasad sistemləri qüvvədə olan İN və Q-na uyğun hesablanmalı və layihələndirilməlidir. Tədqiqatlar göstərir ki, iqlim parametrlərinin əsas göstəriciləri nəzərə alınaraq yerli iqlim şəraitinin təsiri ətraflı öyrənildikdən sonra konstruktiv həllərqəbul olunmalıdır. Məqalədə sistemin üstünlükləri və enerji səmərəliliyi ilə bağlı göstəricilər, problemlər analiz və təsnifat olunub. Bu növ çox təbəqəli fasadlar külək və yağışın mənfi təsirlərindən qorunması üçün ən effektiv fiziki-texniki parametrlərə malik olan sistemlər hesab olunur. Quraşdırma işlərini düzgün apardıqda binaların etibarlı funksionallığı və uzunmüddətli istismarına nail olmaq mümkündür.

Açar sözlər: hava təbəqəli fasad sistemi, xarici divar konstruksiyası, istilik izolyasiya materialı, hava boşluğu, üzlük panel

;