http://doi.org/1058225/sw.2023.1-133-137

İNTELLEKTUAL MƏHSUL BAZARINDA MARKETİNQ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Ağayeva Könül Asəf qızı- i.e.n., dosent, İqtisadi nəzəriyyə və markeitnq kafedrası, AzMİU, konul.aghayev@gmail.com

Xülasə. Məqalədə bazar iqtisadiyyatının ən mühüm iqtisadi probləmlərindən biri olan intellektual məhsul bazarında marketinq fəaliyyətinin, əqli və sənaye mülkiyyətin mahiyyəti, xüsusiyyətləri və xarakterik cəhətləri təhlil edilmişdir. Əmtəə kimi bazara çıxarılan intellektual məhsulun marketinq təhlili xüsusi yanaşma tələb edir. Burada əqli və sənaye mülkiyyəti fərqləndirmək, onların kəsb etdiyi spesifik xüsusiyyyətləri nəzərə almaq çox vacibdir. Qeyd etmək lazımdır ki, əqli mülkiyyətin tərkib hissəsi maddi istehsal sahəsində və onunla əlaqəli sahələrdə əqli fəaliyyətlə bağlı sənaye mülkiyyətidir. Daha dolğun şəkildə əqli mülkiyyət dedikdə alimlərin, tədqiqatçıların, digər mütəxəssislərin, müəyyən yeniliklərin, ixtiraçıların və müəlliflik hüququ ilə qorunan intellektual fəaliyyətin nəticələri başa düşülür.

Açar sözlər: intellektual məhsul, intellektual mülkiyyət, əqli mülkiyyət, patent, lisenziya, lisenziya obyekti, lisenziyanın reklamlaşdırılması, xidmət bazarı, əmtəə nişanı, sənaye mülkiyyəti

;