http://doi.org/1058225/sw.2023.1-83-88 ODADAVAMLI ODUNCAQ KONSTRUKSİYALARININ TERMİKİ ANALİZİ Yəhyayev Aydın Bilal oğlu– dosent, Materialşünaslıq kafedrası, AzMİU, yahyayev-azasu@bk.ru Rəfili Şahmar Firqət oğlu– dissertant, FH və HFT kafedrası, AzMİU, mezun_187@mail.ru Xülasə. Məqalədə inşaat sektorunda geniş tətbiq edilən odadeavamlılıq emalı keçmiş oduncaq konstruksiyalarının termiki analizi aparılmışdır. İşdə odadavamlı tərkib kimi bizim işlədiyimiz AS143 antipirenindən istifadə edilmişdir. Təcrübələr Perkin Elmer STA 6000 derivatoqraf sisteminin köməyi ilə (20 ±2) °С dən 1000 °С– intervalında aparılmışdır. Qızma sürəti 2,5– dən 20 dər/dəq həddində dəyişilmişdir. Şəkil 1- dən göründüyü kimi 100-250 0C temperatur diapazonunda odadavamlılıq emalı keçmiş nümunələrdə çəki itkisi baş vermir, yəni nümunələrin çəkisi sabit qalır. Bunun isə antipirenin tərkibində olan perlit hissəciklərinin ayrılan nəmliyin udması- qidratasiyası nəticəsində baş verməsi kimi izah edilə bilər. Temperaturun 250-350 0C intervallarında artması ilə odadavamlılıq emalı keçmiş nümunələrin cəki itkisinin tədricən artdığı müşahidə edilir. TQ - əyrisindəki nümunələrin çəki itkilərinin dəyişilmə sürətinin dinamikası 350 - 900 0C temperatur diapozonunda 0 qr/dəq- dən 10,95 qr/dəq – qədər artması ilə müşayət edilir. Kontrol nümunələrdə isə bu temperatur diapazonunda çəki itkisinin sürəti 18 qr/dəq – dən 38,95 qr/dəq- yə qədər artdığı görünür. Alınan termiki analiz nəticələrinə əsasən qeyd etmək olar ki, inşaat sahəsində tətbiq edilən oduncaq konstruksiyalarının layihələndirdiyimiz epoksid əsaslı odadavamlı tərkiblə emal edilməklə onların yanğın təöhlükəsizliyini yüksəltmək mümkündür. Layihələndirilən odadavamlı örtük tərkibi daxili bazarda geniş yayılan və satış qiymətləri əlverişli olan komponentlər əsasında hazırlanmaqla yanaşı, onun konstruksiyaların səthinə sadə üsulla çəkilmə imkanının olması da belə bir tərkibin geniş tətbiqinə imkan verir. Açar sözlər: odadavamlılıq, oduncaq konstruksiyaları, derivitoqraf, çəkinin dəyişilmə sürəti, antipiren, odadavamlı tərkib, termiki analiz

;