http://doi.org/1058225/sw.2023.1-55-62 ŞƏHƏR SƏRNİŞİNDAŞIMA SİSTEMİNDƏ XİDMƏT KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ Piriyev Yaqub Maksim oğlu- t.e.n., dosent, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, yakub_piriyev@mail.ru Bayramov Razim Paşa oğlu- t.e.n., dosent, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası, Azərbaycan Texniki Universiteti, bprazim@gmail.com Rəhimov Çingiz Həşim oğlu- baş müəllim, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Azərbaycan Texniki Universiteti, cingizturan@gmail.com Xülasə. Bu araşdırma Bakıda şəhər nəqliyyatı ilə bağlı cari vəziyyətin qısa diaqnostik icmalını həyata keçirmək, şəhər sərnişindaşıma sistemində xidmət keyfiyyətinin qiymətləndirilməsi, gözləmə vaxtına təsir edən faktorların, habelə müntəzəmlilik və təhlükəsizlik amillərinin analizi, mövcud problemlər və onların mümkün həlli yolları barədə təkliflər hazırlamaq məqsədi daşıyır. Araşdırmanın əsas məqsədi, mövcud statistik məlumatlara əsaslanaraq, Bakı şəhər nəqliyyat sektorunun hazırkı vəziyyətini nəzərdən keçirmək, xidmət keyfiyyəti baxımından səmərəli və istifadəçilərin rəyini nəzərə alan şəhər nəqliyyatı sisteminin formalaşdırılmasına mane olan əsas məsələləri müəyyən etmək, istifadəçilərə daha münasib və keyfiyyətli xidməti təmin edən, daha az xərcli və enerji baxımından effektiv sistemi təşviq edən strategiyalar və variantları təklif etməkdən ibarətdir.Bu araşdırmada, şəhərdaxili avtobus daşımalarında mövcud olan gözləmə müddəti, marşrut xətti və dayanacaqlara dair normativ tələblərin fiziki şərtləri, habelə etibarlılıq və sərnişin məlumatlandırma sistemlərinin təsiri də nəzərə alınaraq modelləşdirilmişdir. Açar sözlər: müntəzəmlilik, xidmət keyfiyyəti, sərnişin məmnuniyyəti, metrobus (BRT), standart sapma, reqressiya analizi, ANOVA, asılı və asılı olmayan dəyişənlər

;