http://doi.org/10.58225/sw.2023.1-11-15

ŞAHBULAQ QALASININ TİKİNTİSİNDƏ İSTİFADƏ OLUNAN İNŞAAT MƏHLULLARININ TƏRKİBİNİN TƏDQİQİ

Şirinzadə İradə Nüsrət qızı- t.e.d., prof., Materialşünaslıq kafedrası, AzMİU, irada.shirinzade@azmiu.edu.az Məmmədova İradə Həsən qızı- t.ü.f.d., baş müəllim, Materialşünaslıq kafedrası, AaMİU, irada.mammadova@azmiu.edu.az

Xülasə. Məlumdur ki, bərpa zamanı fərqli fiziki-mexaniki xassələrə malik materialların istifadəsi abidədə defektlərin meydana çıxmasına səbəb ola bilir. Bu səbəbdən də tarixi abidələrinin bərpasında istifadə olunacaq material tərkibcə orijinala daha yaxın olmalıdır. Qalanın orijinal məhlulundan nümunələr götürülmüş və kimyəvi-mineroloji tərkibi öyrənilmişdir. Analiz nəticəsində müəyyən edilmişdir ki, Qalanın tikintisində əhəng-gips və ya əhəng-gəc tərkibli məhlullardan istifadə edilmişdir. Həm vizual, həm də kimyəvi- mineroloji analizin nəticələrinə görə əminliklə söyləmək olar ki, məhlul qarışığının tərkibində xırda doldurucu olaraq əhəngdaşı tozundan istifadə edilmişdir.

Açar sözlər: abidələrin bərpası, inşaat məhlulları, Şahbulaq qalası, orijinal məhlul

;