http://10.58225/sw.2023.2-10-14

TARİXİ ŞƏHƏR İRSİ MÜHAFİZƏSİNİN ÇAĞIRIŞLARI VƏ ŞƏHƏRSALMA İNKİŞAFINA İNTEQRASİYASI – BAKI ŞƏHƏRİNİN NÜMUNƏSİNDƏ

Əkbərli Aytac Sədrəddin qızı – doktorant, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AzMİU, aytajakberli@gmail.com

Annotasiya. Məqalədə Bakının tarixi şəhər irsi konteksti çərçivəsində mövcud istifadə və inkişaf çağırışlarının ümumi, lakin müxtəlif aspektlərə dayannan təhlili aparılmışdır. Tədqiqat prosesində Bakı şəhərinin tarixi, memarlıq, şəhərsalma strukturu, landşaft, funksionallıq və ya ictimai yaddaş nöqteyi nəzərdən əhəmiyyətli, lakin bilavasitə tarixi şəhər mərkəzi hesab olunmayan əraziləri əsas götürülmüşdür. Sözügedən ərazilərin bir qismi müasir istismar tələblərinə cavab verməsə də və ya müasir şəhər inkişafında məhdudiyyət kimi görülsə də, hər birinin ayrı-ayrılıqda özünəməxsus kimliyinin olduğunu nəzərə aldıqda, bu kimliyi həmin ərazilərin potensial inkişafında xüsusi yanaşmaları təmin etmək üçün bir alətə çevirmək mümkünlüyü qeyd olunmuşdur. Təhlillərin nəticəsi olaraq, tarixi irs ərazilərinin şəhərin inkişafına inteqrasiyası yolları üzrə təkliflər irəli sürülmüşdür. Nəticə olaraq isə, tarixi kontekst və yeni inkişafın qarşılıqlı əlaqədə ola biləcəyini və onların rolununun qarşılıqlı şəkildə möhkəmləndirmək üçün xüsusi, obyektiv və çoxşaxəli yanaşmanın tətbiqi zəruriliyi qeyd edilir.

Açar sözlər: memarlıq, şəhərsalma, şəhər inkişafı, çağırışlar, şəhər irsi, memarlıq irsi, abidələr, bərpa, yenidənqurma, konservasiya

;