http://10.58225/sw.2023.2.187-196

FİZİKİ VƏ HƏNDƏSİ QEYRİ– XƏTTİ LÖVHƏLƏR VƏ YATIQ QABIQLARIN DEFORMASİYASINA DAİR MƏSƏLƏLƏR

Sadıqov İsmayıl Rza oğlu- t.e.d., professor, Mexanika kafedrası, ismayil.sadiqov@azmiu.edu.az

Xülasə. Məqalədə lövhələrin və yatıq qabıqların materialının fiziki və həndəsi qeyri – xəttiliyini nəzərə almaqla deformasiya məsələlərinə baxılır.Qoyulan məsələlərin həlli üçün energetik üsuldan istifadə olunur. Bu halda materialın fiziki qeyri – xəttiliyi kubik kik həddli parabola şəklində qəbul olunur: solda bir həddli gərginliklər və sağdaiki həddli deformasiyalar (birinci tərtibli və üçüncü tərtibli). Belə asılılıq deformasiya diaqramının simmetrikliyini təmin edir. Mühüm üstünlük həm də ondan ibarətdir ki, bu düsturla hesablanan xüsusi potensial enerjinin ifadəsinə deformasiyaların qiymətləri cüt tərtibli şəkildə daxildirlər. Bununla əlaqədar mürəkkəb gərgin halda məsələnin həllini qapalı şəkildə alınması mümkün olur. Məqalə aşağıdakı üç hissələrdən ibarətdir:lövhənin fiziki qeyri – xətti və həndəsi xətti deformasiyası;lövhənin fiziki və həndəsi qeyri – xətti deformasiyası; lövhələrin və yatıq qabıqların fiziki və həndəsi qeyri–xətti deformasiyalarının təqribi hesablama üsulu.

 

;