http://doi.org/10.58225/sw.2022.2.144-151

BAKI ŞƏHƏRİNDƏ NƏQLİYYAT SIXLIĞININ ARADAN QALDIRILMASI VƏ NƏQLİYYAT SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ KONSEPTUAL YANAŞMALAR VƏ İRƏLİ SÜRÜLƏN ƏSAS TƏKLİFLƏR

Piriyev Yaqub Maksim oğlu- t.e.n., dosent, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, yakub_piriyev@mail.ru

Bayramov Razim Paşa oğlu- t.e.n., dosent, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası, Azərbaycan Texniki Universiteti, bprazim@gmail.com

Şərifov Valeh Lətif oğlu- t.ü.f.d., baş müəllim, Nəqliyyat və logistika kafedrası, AzMİU, vhsharifov@gmail.com

Xülasə. Bakı şəhərində avtomobilləşmə səviyyəsi Avropa və MDB ölkələri ilə müqayisədə o qədər də yüksək həddə deyil və bu göstərici Bakı şəhərində müşahidə olunan tıxac probleminin əsasını təşkil etmir. Bakı şəhərində küçə-yol şəbəkəsinin sıxlığı nəqliyyat vasitələrinin sayına adekvat deyildir. Yəni, yol təsərrüfatı aşağı səviyyədədir və yolların sıxlığı azdır. Həmçinin, parkinq yerləri məhduddur və şəxsi minik avtomobillərinin sayı çoxdur. Bu araşdırma, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə konseptual yanaşmaların müəyyənləşdirilməsi və bir sıra təkliflərin irəli sürülməsi məqsədi daşıyır.

Açar sözlər: sistem, sıxlıq, avtomobilləşmə, baş plan, metrobus, ictimai nəqliyyat, nəqliy yat, planlaşdırma strukturu

;