http://doi.org/10.58225/sw.2022.2.138-143

BAKI ŞƏHƏRİNDƏ HƏRƏKƏT ŞƏRAİTLƏRİNİN YAXŞILAŞDIRILMASI TƏDBİRLƏRİ HAQQINDA

Piriyev Yaqub Maksim oğlu- t.e.n., dosent, Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi, yakub_piriyev@mail.ru
Bayramov Razim Paşa oğlu- t.e.n., dosent, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası, AzTU, bprazim@gmail.com
Həmidov Namiq Raqif oğlu- t.e.n., baş müəllim, Nəqliyyat və logistika kafedrası, AzMİU, namikhamidov@gmail.com

Xülasə. Bakı şəhərində küçə-yol şəbəkəsinin sıxlığının nəqliyyat axınlarının artan tələblərinə uyğunluğu məsələsinə baxılmışdır. Küçə-yol şəbəkəsinin optimal sıxlığının MDB məkanında mövcud olan normalara görə optimal qiyməti olaraq, 2,2÷2,4 km/km2 qəbul edilmişdir. Bu göstəricinin qiymətləri Avropa şəhərlərində 8-10 km/km2 , ABŞ şəhərlərində isə 12-14km/km2 -dir. Qeyd edilən rəqəmlərdən də göründüyü kimi mövcud küçə-yol şəbəkəsinin optimal sıxlığının təmin edilməsi məsələsi əsas vacib məsələ hesab olunmalıdır. Mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınlarının cari hərəkət sıxlığının və yolun yüklənmə dərəcəsinin azaldılması üçün bir sıra tədbirlərlərin görülməsi təklif olunur. Yol hərəkıətinin təşkili və nizamlanması məsələlərinə küçə-yol şəbəkəsinin və nəqliyyat axınlarının optimal sıxlığına nail olduqdan sonra baxmaq olar. Bu məqsədlə nəzərdə tutulan tədbirləri ən ümumi şəkildə sıralanmışdır. Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların hərəkətinin təşkili və nizamlanması üçün də tədbirlər nəzərdə tutulmuşdur. Şəhər hava hövzəsinin ixrac qazlarının zərərli təsirlərindən qorumaq üçün elektromobillərdən istifadənin genişləndirilməsi vacib hesab olunur. Elektromobillərin tətbiqinin, doldurucu infrastrukturun, elektromobillərin və onların komponentlərinin istehsalının inkişafı üçün şəraitin yaradılmasının stimullaşdırılması üçün görülməli olan tədbirlər nəzərdən keçirilmişdir.Hərəkət şəraitlərinin yaxşılaşdırılması tədbirləri içərisində nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin yaxşılaşdırılması tədbirlərinə də xüsusi bir diqqət yetirilmişdir.
Açar sözlər: sıxlıq, “ocaq”, “dar” yerlər, açılmalar, monorels, tranzit, “yaşıl dalğa”, elektromobil

;