http://doi.org/10.58225/sw.2022.2.132-137

AZƏRBAYCANDA KREDİT TƏŞKİLATLARININ QİYMƏTLİ KAĞIZLAR BAZARINDA İŞTİRAKI VƏ İNVESTİSİYA FƏALİYYƏTİ

Quliyeva Cahan Niftalı qızı- müəllim, İqtisadi nəzəriyyə və marketinq kafedrası AzMİU, cahan.quliyeva0901@mail.ru

Xülasə. Digər bazarlar kimi qiymətli kağızlar bazarı da çoxsaylı xüsusiyyətlərə malik olan mürəkkəb quruluşdan ibarətdir. Qiymətli kağızlar bazarının tərkib hissəsinin əsasını bazarda aparılan ticarət üsulları təyin edir. Dövlət tənzimlənməsi və qiymətli kağızların statusunun qanunvericiliklə təsdiqlənməsi ilə bazar iştirakçıları tərəfindən qiymətli kağıza olan etibarın təmin olunması qiymətli kağızın dövlət tərəfindən tənzimlənməsi və tanınması kimi mühüm keyfiyyətini müəyyən edir. Qiymətli kağızlar öz növlərinə görə müxtəlifliyə malikdirlər və digər iqtisadi kateqoriyalar kimi müxtəlif meyarlara görə təsnif olunurlar. Bütün bunların hamısı məqalənin mövzusunun seçilməsində həlledici rol oynamışdır. Təqdim edilən məqalə müasir mərhəldə iqtisadiyyatın inkişafına yardım edən qiymətli kağızlar bazarına dair biliklərin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malikdir.
Açar sözlər: kommersiya bankları, nizamnamə fondu, divident, aksiya, konversiya

;