http://doi.org/10.58225/sw.2022.2.92-96

ALMAZLA HAMARLAMA ZAMANI STRUKTUR- FAZA ÇEVRİLMƏLƏRI

Həmzəyeva Qəşəng Ramazan qızı- doktorant, Texnoloji maşın və avadanlıqlar kafedrası, AzMİU,
qesheng.hamzayeva@mail.ru

Xülasə. Alınmış nəticələr göstərir ki, tablandırılmış 15XГ2СМФР və 12ГН2МФАЮ poladlarının almazla hamarlama ilə plastiki deformasiyası dislokasiyaların sıxlığının artması və strukturun xırdalanması ilə müşahidə olunur. Optimal qüvvədən böyük qüvvələr şəraitində hamarlama zamanı səthin lokal zonalarında dislokasiyaların sıxlığı kritik həddə çatdığından bəzi hallarda deformasiya olunmuş metal qatında submikroskopik çatların yaranması və möhkəmliyin azalması baş verə bilər. Hissənin səthinə təzyiqin artması ilə əlaqədar olaraq almazla hamarlama vasitəsilə möhkəmləndirilmiş metal qatı mikrotəhriflərlə xaraktrizə olunur. Hamarlamadan sonra poladın kristal fəza qəfəsi təhrif olunur və dislokasiyaların sıxlığı artır. Səthi-plastiki deformasiya nəticəsində qalıq austentinin intensiv parçalanması və onun martensitə çevrilməsi baş verir. Pardaqlamadan və tablandırılmadan sonra tədqiq olunan poladın üst qatlarında xeyli miqdarda qalıq austeniti müşahidə olunur. Qalıq austenitinin ilkin 16- 20%-lik miqdarı 270 N qüvvə ilə hamarlamadan sonra miqdarı 4-7%- ə qədər azalır. Almazla hamarlama nəticəsində poladın mikrostrukturunun xırdalanması, dislokasyaların sıxlığının artması və qalıq austenitinin martensitə çevrilməsi 15XГ2СМФР və12ГН2МФАЮ poladlarının əlavə möhkəmlənməsinə səbəb olur.
Açar sözlər: inşaat poladı, almazla hamarlama, dislokasiyanın sıxlığı, qüsurlar, mikrostruktur, faza çevrilmələri, qalıq austeniti

;