http://doi.org/10.58225/sw.2022.2.63-68

AVTOTEXNİKİ EKSPERTİZADA İSTİFADƏ OLUNAN ƏSAS İLKİN GÖSTƏRİCİLƏRİN (PARAMETRLƏRİN) TƏKLİF OLUNAN TƏSNİFATI

Çobanzadə İsmayıl Məmməd oğlu- h.e.n., dosent, Nəqliyyat və logistika kafedrası, AzMIU, ismayilcobanzade54@gmail.com
Allahverdiyev Rəşad Əbülfəz oğlu- m.ü.f.d., dosent əvəzi, Nəqliyyat və logistika kafedrası, AzMIU, a.r1984@mail.ru

Xülasə. Yol qəzaları ilə əlaqədar aparılan avtotexniki ekspertiza tədqiqatları zamanı müxtəlif texniki göstəricilərin (parametrlərin) tətbiqi tələb olunur. Həmin göstəricilərin düzgün seçilməsi üçün onlara təsir edən faktorların siyahısı tərtib olunmalı və müvafiq təsnifatı aparılmalıdır. Təsnifat müəyyən mərhələ və prinsiplər əsasında qurulmalı, istifadə olunan amillərin izahı və alınma mənbələri ətraflı göstərilməlidir. Hesab edirik ki, qeyd olunan göstəricilərin (parametrlərin) təklif olunan təsnifatının aparılması ali məktəblərdə müvafiq ixtisaslarda oxuyan tələbələrə və avtotexniki ekspertiza sahəsində işləməyə başlayan gənc mütəxəssislərə onların öyrənilməsi və düzgün tətbiq edilməsi baxımından müvafiq köməklik göstərərdi.
Açar sözlər: avtotexniki ekspertiza, göstərici, yol örtüyü, qərarlaşmış yavaşıma, ilişmə əmsalı

;