http://doi.org/10.58225/sw.2022.2.47-55

YAŞIL SUPERSTRUKTUR- BAKI ŞƏHƏRİNDƏ KİLİDLƏNMƏ TƏSİRİNİ AZALDA BİLƏN HƏLL 

Nasiri Reza Qulamreza- doktorant, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası, AzMİU, reza.royalarchitect@gmail.com 

Xülasə. Bakı şəhərinin infrastruktur şəbəkələri və superstruktur qurğuları uzun illərdir ki, insanların ehtiyaclarını təmin etmək üçün kompleks üsullarla spesifik istehlak və istehsal nümunələrinə sadidirlər. Problem ondadır ki, təbii ehtiyatlara əsaslanaraq və xətti model vasitəsi ilə onlar mallar və xidmətləri qeyri-sabit infrastruktur sistemləri altında axınlar toplusuna çevirmişlər ki, bu da bloklaşma effektinə gətirib çıxarmışdır və daha stabil altenativlərin şəhər infrastrukturunda reallaşdırılmasına maneə törətmişdir. Digər tərəfdən bu, qeyri-stabil infrastruktur xidmətlərini sürətləndirərək onları şəhərdə cəmləşdirmişdir. Bakı şəhəri sakinləri üçün bu xidmətlərə çatma və əldə etmə imkanı ətraf mühiti çirkləndirən maddələrin mənfi və dağıdıcı təsiri ilə bağlıdır. Bununla belə, Bakı şəhəri öz iri parklarının siyahısına böyük miqdarda yaşayış massivlərin, məhəllələrarası məkanların, küçələrin, ictimai meydanlar və sənaye sahələrinin arasında olan yaşıllıqlar şəbəkəsini daxil etməklə əslində öz infrastruktur şəbəkələrini saxlamaya və təkmilləşdirə bilər. Eyni zamanda, onların bəziləri həm də yaşıl şəhər superstrukturu miqyasında yerləşərək, davamlı optimal innovativ üsulları tətbiq etməklə yaşıl dayanıqlı “açarla” kilidlənmə effektini azalda bilər. 
Açar sözlər: yaşıl üst quruluş, şəhər infrastrukturu, davamlı optimal üsullar, kilidləmə effekti

;