http://doi.org/10.58225/sw.2022.2.18-22

MÜASİR YAŞAYIŞ KOMPLEKSLƏRİNİN MEQAPOLİS ŞƏHƏRLƏRİN TƏŞKİLİNDƏ ROLU
 

Həsənova-Fərəcova Kəklik Əlihəsən qızı- m.ü.f.d., dosent, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası, AzMİU, hasanovafarajovakaklik@gmail.com


Xülasə. Son illərdə dünyanın bütün meqapolis şəhərlərində ekoloji statusun yüksəlməsi məsələsi aktuallaşır. Müxtəlif şəhərlərdə urbanizasiya prosesinin tempinin yüksəlməsi nəticəsində hündürmərtəbəli yaşayış binalarının sayı artır və bununla əlaqədar boş, yaşıllıq örtüyü üçün münbit sahələrin sayı azalır. Bu da öz növbəsində şəhərin vizual silueti və şəhərsalma həllinə təsir edir. Aktiv proseslər respublikanın ən iri şəhəri olan Bakıdan yan keçməyib. Mövcud istifadəyə yararlı binalar son illərdə rekonstruksiya olunur və yeni hündürmərtəbəli binalar inşa edilir. Layihələndirilən binalar müxtəlif təyinatlı olsa da (inzibati, çoxfunksiyalı və s.) bu sıraya daha çox yaşayış binaları daxildir.Təbii ki, şəhərsalma həllinin düzgün formalaşması üçün layihələndirilən bütün yaşayış və ictimai binalar arasında rahat keçid olmalıdır. Eyni zamanda müxtəlif funksiyalı binalar vəhdət təşkil etməklə düzgün şəhər silueti formalaşdıırmalıdır.
Açar sözlər: yaşayış binaları, şəhərsalma həlli, meqapolis şəhərlər, şəhər silueti, ictimai binalar

;