http://doi.org/10.58225/sw.2022.2.13-17

MEMARLIQDA MƏKAN VƏ FORMALARA ESTETİK VƏ PSİXOLOJİ BAXIŞ
 

Əliyeva Aygün Zəlimxan qızı- müəllim, Memarlıq kafedrası, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, aygunbunyatova91@gmail.com


Xülasə. Memarlıq öz təkamülündə insanın dəyişən və mövcud olan dəyərləri və ehtiyacları, həmçinin elm və texnikanın inkşafı ilə hər zaman bağlı olmuşdur. Memarlığın bədii obrazlarında cəmiyyət həyatı, mədəniyyətin mənəvi inkşaf səviyyəsi və onun estetik idealları əks olunur. Memarlığın təşkil olunması və ya dizaynı, onun məqsədyönlülüyü məkanın təşkilində, memarlıq kütlələrinin qruplaşdırılmasında, tam və hissələrin proporsional nisbətlərində, ritmik cərgələnmədə üzə çıxır. Binanın bütün elementlərinin nisbiliyi memarlığın özünəməxsus bədii dilini xarakterizə edir. Məkan formalarının bədii obrazlılığı, bina və tikililərin incəsənət əsəsrlərinə çevrilməsi-memarın əsas vəzifəsi olmalıdır.
Açar sözlər: estetika, məkan, psixologiya, dizayn, ritmlər

;