http://doi.org/10.58225/sw.2022.2.5-12

MEMARLIQ ABİDƏLƏRİNİN TEXNİKİ DİAQNOSTİKASI
Axundova Sürayyə Əlifağa qızı- m.ü.f.d., dosent, Memarlıq konstruksiyaları və abidələrin bərpası
kafedrası, AzMİU, sureyya.axundova@gmail.com


Xülasə. Məqalə memarlıq abidələrinin bərpa və konservasiya işlərində tədbiq olunan diaqnostika tədqiqatlarına həsr olunmuşdur. Diaqnostikanın əsas məqsədi bütün abidənin ayrı-ayrı konstruksiyalarının texniki vəziyyəti, onun istismara yararlı olub-olmamasını üzərə çıxardır.Məqalədə abidələrin deformasiyasının səbəblərinin texniki diaqnostikasının mahiyyəti və vəzifələri araşdırılmışdır. Memarlıq abidələrinin deformasiyasının şərtlərinin qiymətləndirilməsində səbəbnəticə əlaqəsinin təhlilidə aparılmışdır. Abidələrin deformasiyasının mühəndis-geoloji səbəblərini öyrənərkən abidənin texniki vəziyyətinin müayinəsi, əsas konstruksiyaların yerləşmə və deformasiyalarının müşahidəsinin təhlili verilmişdir.
Açar sözlər: memarlıq abidələrini, texniki vəziyyət, mühəndis- geoloji, abidələrin deformasiyası, konstruksiyalar, tədqiqatlar

;