http://doi.org/10.58225/sw.si.2022.1.209-212

NƏQLİYYATIN TARİXİ ABİDƏLƏRİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ YARATDIĞI PROBLEMLƏR

Çobanzadə İsmayıl- t.e.n., dosent, Nəqliyyat və loqistika kafedrası, AzMİU, Bakı, Azərbaycan, ismayilcobanzade54@gmail.com

Xülasə. Məqalədə dünyada nəqliyyat vasitələrinin (xüsusən də avtomobil padkının) sayının durmadan artmasının ətraf mühitə vurduğu, lakin texniki ədəbiyyatda öz əksini geniş tapmayan məsələdən gedir.Yəni nəqliyyatın tarixi abidələrin qorunması sahəsində yaratdığı problemlərdən. Konkret olaraq məqalədə nəqliyyat axınlarının hərəkəti prosesində yaranan dalğalanmaların dayaq səthi vasitəsilə ətrafda olan tikinti obyektlərində (o cümlədən də tarixi abidələrdə) ötürülməsindən və bunun nəticəsində onların təməlində və üzərində olan konstruksiyalarda vibrasiyaların yaranmasından məlumat verilir. Eyni zamanda burada həmin vibrasiyaların nəqliyyat axınının hansı göstəricilərindən daha çox asılı olduğu da araşdırılır.

Açar sözlər: Nəqliyyat vasitəsi, dalğalanma, vibrasiya, tarixi abidə, təməl

;