http://doi.org/10.58225/sw.si.2022.1.206-208

QARABAĞDA ŞƏHƏRSALMA İŞLƏRİNDƏ KLİNKER KƏRPİCİNİN TƏTBİQİ

Bağırov Bulud– baş müəllim, Nəqliyyat və Logistika kafedrası, AzMİU, arpachay@bk.ru 

Şirinzadə İradə- professor, Materialşünaslıq kafedrası, AzMİU, i.shirinzade@azmiu.edu.az

Xülasə. Qarabağda gedən quruculuq işlərində mühüm əhmiyyət kəsb edən materiallardan biri  də parkların, istirahət evlərinin, ictimai yerlərin döşəməsinin üzlənməsində istifadə olunan klinker kərpicidir. Klinker kərpicinin hazırlanması üçün keramik şixta tərkibi və onun alınma texnologiyası işlənib hazırlanmışdır. Təcrübi yolla müəyyən edilmişdir ki, yüksək inşaat-texniki xassələrə malik klinker kərpicinın hazırlanmasında ölkə ərazisində geniş yayılmış gillərə alümosilikat tərkibli ultradispers əlavələrdən istifadə etmək məqsədəuyğundur. Bu növ əlavə kimi şamot və uçucu küllərin istifadəsinin mümkünlüyü təcrübi yolla sübut olunmuşdur. Eyni zamanda, keramik kütlənin qəlibləmə üsulunun da materialın xassələrinə təsiri tədqiq olunmuş və müəyyən olunmuşdur ki, yarımquru qəlibləmə üsulu klinkerin alınmasında daha effektlidir.

Açar sözlər: klinker kərpici, şamot, uçucu kül, üzlük material, qəlibləmə üsulu

;