http://doi.org/10.58225/sw.si.2022.1.203-205

QARABAĞ ŞƏHƏRLƏRİNİN MÜASİR SİMASI

Vəliyeva Sədaqət- memarlıq üzrə fəlsəfə doktoru, dosent, AzMİU, sadagat1950@gmail.com

Xülasə. Bu məqsədlə, Qarabağin,doğrudan da, Azərbaycanin  dilbər guşəsinə çevrilməsi üçün orada məskunlaşan əhalinin həyatını komfortlu və təhlükəsiz edən,qarşılıqlı informasiya və kommunikativ texnologiyalar vasitəsilə şəhərdaxili proseslərin idarə edilməsini sadələşdirən ,,ağıllı şəhər”lərin-Smart Siti yaranmasına böyük ehtiyac var.Bu gün bir çox inkişaf etmiş ölkələr ağıllı şəhər və ağıllı kənd layihələrinə üstünlük verir.Azərbaycanda ,,ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020 ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmlş ,,Açiq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Plani”nda öz əksini tapmışdır.Prezident İlham Əliyev çıxışlarından birində: ,,Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur.Onların böyük əksəriyyəti texnoloji şirkətlərlir. Bu görüşlər əsnasında  görürəm ki, dünyada hansı yeniliklər var,hansı müsbət inkişaf var,.və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə ,,ağıllı şəhər”, ,,ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir.”- deyə bəyan etmişdir..

Açar sözlər: Qarabağ, memarlıq abidələri, ,,ağıllı şəhər”, ,,ağıllı kənd” konsepsiyası

;