http://doi.org/10.58225/sw.si.2022.1.34-38

TARİXİ ŞƏHƏRLƏRİN MÜASİR İNKİŞAFINDA KOMPOZİSİYA HƏLLİNİN ROLU

Mustafayeva Fidan- m.ü.f.d., Memarlığın əsasları kafedrası, AzMİU, fidan.mustafayeva@azmiu.edu.az

Xülasə. Tarixi ərazilərdə yeni şəhərlər formalaşdırarkən burada mövcud tarixi abidələr və yeni ideyalar arasında tarazlıq, dolğun memarlıq-kompozisiya mühiti yaratmaq vacibdir. Mövcud tarixi mühit təkmilləşdirilərkən ərazinin mühafizə problemi aktuallığını qorumalıdır. Eyni zamanda, yeni şəhərsalma həllinin həyata keçirilməsi üçün konkret təkliflər planı hazırlanmalıdır. Şuşa şəhəri uzun illər ərzində tarixi irsi, dəyərli memarlıq abidələri, təbii landşaftı, qədim ansambılları və arxeoloji baxımdan dəyərli mədəni abidələri, yaşayış məntəqələrini özündə cəmləyib. Mövcud vəziyyətdə şəhərin memarlıq simasının təşkilində həm nəzəriyyəçi, həm də təcrübəçi memar və şəhərsalma mütəxəssislərinin iştirakı vacibdir. Hazırda, tarixi və mədəni baxımdan dəyərli Şuşa şəhərinin baş planında yeniliklər təklif edildiyi təqdirdə şəhərin gələcək memarlıq-kompozisiya inkişafına maneə törədən problemlərin müəyyən olunması və müsbət istiqamətdə həllinə nail olmaq lazımdır.

Açar sözlər: Tarixi ərazilər, yaşayış məntəqələri, memarlıq abidələri, müasir şəhərlər, memarlıq kompozisiyası, rekreasiya zonaları

;