http://doi.org/10.58225/sw.si.2022.1.18-26

ŞUŞA ŞƏHƏRİNİN YENİDƏN QURULMASI PRİNSİPLƏRİ

Hacıyeva Yeganə- Memarlıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycanın əməkdar memarı, Dizayn kafedrası, AzMİU, yeganə.arxikod@yahoo.com

Xülasə. İşğaldan azad olunmuş şəhərlərimiz üçün beynəlxalq praktikaya nə qədər müraciət və istinad edəcəyimiz bu gün sual altındadır. Əgər II dünya müharibəsi timsalını götürsək Avropa şəhərlərinin ən uzağı 5 il ərzində dağıntılara məruz qaldığını görəcəyik. Yaponiyanın bu tarixi şəraitdə də çox az bir zaman kəsiyində yerlə yeksan-tam dağılmış şəhərlərinin bərpasının tarixinin də şahidi olmuşuq. Lakin, keçən əsrin 90-cı illərində I Qarabağ müharibəsi dövründə baş vermiş müharibə fəsadları sonralar şəhərlərimiz üzərində 30 ilə yaxın müntəzəm dağılma ilə nəticələnmişdir. Bu illər arzində 2 regionumuzu bütünlüklə əhatə edən şəhərsalma problemlərinin həlli bizdən çox geniş və müddətli bərpa və yenidənqurma prinsiplərinə fərdi şəhərsalma yanaşması tələb edəcəkdir. Ümumilikdə qarşımızda aşağıdakı təxirəsalınmaz işlərə start verilməsini tələb edir:

  1. İşğaldan əvvəl bu regionların ərazi və əhali sayı haqqında  yeni təhlil və hesabatlar aparılmalıdır.
  2. “Böyük qayıdış” prosesində potensial əhali sayının statistik məlumatları nəzərə alınmalıdır.
  3. Şəhərlərin işğaldan əvvəlki şəhər təyinatları – dayaq, altmərkəzlər və s. yenidən təhlil olunmalıdır.

Çünki, hər bir region, rayon şəhər planlaşdırılması öz layihə prosesinin başlanılmasında ilkin olaraq əhali sayına istinad edir. Regionun öz daxilində kənd və şəhər ərazilərində vahid iqtisadi bazanın yaradılması, torpaqlardan səmərəli istifadə, məhsuldar qüvvələrin bərabər paylanması prosesi üçün bu statistik məlumatın çox böyük önəmi vardır

Açar sözlər: Şuşa, memarlıq abidələri, şəhərsalma problemləri

 

 

;