http://doi.org/10.58225/sw.si.2022.1.5-17

QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN MEMARLIQ İRSİ

Məmmədova Gülçöhrə- rektor, memarlıq doktoru, professor Azərbaycan Memarlıq və İnşaat Universiteti, rector@azmiu.edu.az

Annotasiya. Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ və Şərqi Zəngəzur bölgələrinin memarlıq abidələri ölkənin memarlıq irsinin ayrılmaz hissəsi olaraq XX əsrdə aparılan elmi-tədqiqatlara cəlb edilmiş və elmi ədəbiyyatda öz əksini tapmışlar. Bu tədqiqatlarda ayrı-ayrı abidələr müxtəlif memarlıq tiplərinin nümunələri kimi Azərbaycan memarlığının tarixi inkişafı kontekstində tədqiq edilib və orta əsr memarlığının dövrləşdirilməsinə və təsnifatına daxil edilmişlər. Bununla yanaşı coğrafi, tarixi və iqtisadi cəhətlərdən bir-biri ilə sıx bağlı olan bu bölgələrin zəngin memarlıq irsinin daha dərindən tədqiq edilməsinə, onun ümumi köklərinin, cəhətlərinin və səciyyəvi xüsusiyyətlərinin müəyyən edilməsinə, tarixi inkişaf yoluna ümumi elmi yanaşmaya ehtiyac var. Məhz Qarabağ-Zəngəzur bölgəsinin (bundan sonra bölgə) ərazisi çərçivəsində memarlığın formalaşması və inkişafı tarixinin öyrənilməsi, ümumi mənbələrin və ənənələrin üzə çıxarılması, Azərbaycanın digər hissələrinin memarlığı ilə əlaqələrinin və bağlılığının müəyyənləşdirilməsi böyük maraq doğurur. Bölgənin memarlıq və bütövlükdə mədəni irsinin son 30 ildə erməni işğalı nəticəsində yaşadığı ümumi fəlakət, onun bərpası və qorunması üçün elmi əsasın yaradılması zərurəti bu yanaşmanın aktuallığını bir daha əsaslandırır.Məqalədə Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi .araşdırılır, abidələrinin hazırkı vəziyyəti təhlil edilir.

Açar sözlər: Qarabağ və Şərqi Zəngəzur memarlığı, Azərbaycan memarlığı, Azərbaycan torpaqlarının müzakirəsi, memarlığın bərpası

 

;