AZƏRİ SAHƏSİNİN GEOLOJİ İNKİŞAF TARİXİ VƏ NEFT-QAZ PERSPEKTİVLİYİ

Zeynalova Sevil Adil- assistent, Neft-qaz geologiyası kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, z7sevil@mail.ru

Qənbərova Şura Əli- assistent, Neft-qaz geologiyası kafedrası,

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, qanbarovanicat@mail.ru

Xülasə. Azəri sahəsinin geoloji inkişaf tarixinin öyrənilməsi məqsədilə çöküntütoplanmanın geoloji zaman ərzində sürətinin dəyişməsi, paleocoğrafi şəraiti, qırışıq və qırılma əmələgəlmənin paleotektonik xüsusiyyətləri araşdırılmşdır. Ərazinin paleocoğrafi şəraitinin öyrənilməsi üçün normal litoloji-stratiqrafik kəsiliş əsasında paleocoğrafi əyri tərtib və təhlil edilmiş, müxtəlif zaman intervallarında çöküntü toplanmanın sürətinə əsasən həmin çöküntülərdə üzvi maddənin toplanıb saxlanması üçün əlverişli şəraitin olması müəyyən edilmişdir. Qırışığın paleotektonik inkişafını izləmək məqsədilə qurulan paleoprofillərin təhlilinə görə onun Pliosendən gec olmayaraq inkişafa başlaması və sonrakı zaman intervallarında davam etməsi müəyyən edilmişdir.

Açar sözlər: paleostruktur, qırılmalar, çöküntütoplanma, pelit, alevrit, psammit fasiya, paleocoğrafi şərait

;