MUĞAN- SALYAN MASSİVİ TORPAQLARININ İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ MÜASİR VƏZİYYƏT

Sadıqov Saleh Teymur oğlu- doktorant, Hidrogeoloji- meliorativ xidmət idarəsi, hgmxi@ mst.gov.az

Xülasə. Məqalədə torpaqların qiymətləndirilməsi üzrə anlayışlar, qiymətləndirmə prinsipləri, yanaşma tərzi və metodikası şərh olunmaqla Muğan-Salyan massivinə daxil olan Salyan, Neftçala, Sabirabad, Saatlı və Biləsuvar rayonunun torpaqlarının iqtisadi qiymətləndirilməsi üzrə müasir vəziyyət təhlil olunur. Ümumilikdə torpaqlar kənd təsərrüfatında istifadəsi baxımından keyfiyyətlərinə görə müxtəlif aqroistehsalat qruplarında cəmlənilirlər. Tədqiqat obyektinə aid olan torpaqların müxtəlif keyfiyyət qrupları üzrə fərqləndirilməsi tədqiqatçılar tərəfindən aparılmış müvafiq tədqiqatlarda öz əksini tapmışdır.1.Tədqiqat obyektinə daxil olan Sabirabad, Salyan və Neftçala inzibati rayonlarının ərazilərində kənd təsərrüfatı torpaqları üzrə I keyfiyyət qrupuna (100- 81) aid əkin və dincə qoyulmuş torpaqlar iştirak etmir. Bu qrupa aid torpaqlar yalnız həyətyanı sahələrdə təsadüf edir. 2.Tədqiqat obyektində müasir təsərrüfatçılıq şəraitində torpaqların differensial gəlirə görə iqtisadi qiyməti müxtəlif keyfiyyət qrupları üçün müəyyən olunmuş normativ qiyməti ilə uyğunluq təşkil etmir. 3.Tədqiqat obyekti üçün riyazi- stasistik işlənilmələr əsasında müəyyən edilmiş təshih əmsalları inzibati rayonlar üzrə Sabirabadda 1.06; Saatlıda 1.08; Salyanda 1.07; Neftçalada 1.0 və Biləsuvarda isə 1.16 olmuşdur.

Açar sözlər: torpaq, məhsuldarlıq, iqtisadi qiymətləndirmə, bonitet balı, təshih əmsalı, differensial gəlir, bazis məhsuldarlıq, məhsulun maya dəyəri, keyfiyyət qrupu, xalis gəlir

;