LƏNKƏRAN RAYONUNDA FƏALIYYƏT GÖSTƏRƏN KİÇİK VƏ ORTA ÖLÇÜLÜ MEBEL MÜƏSSİSƏLƏRİNİN PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI

Əhmədli Turan Məhərrəmbəy Nadir oğlu- elmi işçi, Milli Aerokosmik Agentliyi, Xüsusi Konstruktor Texnoloji Bürosu, muharrembeyturan@gmail.com

İbrahimova Günay Bəxtiyar qızı- elmi işçi, Milli Aerokosmik Agentliyi, Xüsusi Konstruktor Texnoloji Bürosu, günay.ibrahimova@gmail.com

Xülasə. Bu çalışmada Lənkəran şəhərində fəaliyyət göstərən kiçik və orta ölçülü mebel müəssisələrinin mövcud vəziyyəti və problemləri sorğu üsulu ilə müzakirə edilmişdir. Tədqiqat anketi açıq tipli və Likert tipli suallardan hazırlanmışdır. Sorğu sualları toplamda 23 fərqli mebel müəssisəsinə yönləndirilmiş , mebel müəssisəsi sahiblərii ilə üzbəüz görüşülmüş və sorğu sualları cavablandırılmışdır. Sorğu məzmunu kimi müəssisələrə yönəldilmiş sual başlıqları; iş yeri, istehsal, iş müddəti, satınalmalar, satış və marketinq haqqında məlumatları əldə etmək məqsədi ilə suallar ünvanlanmışdır. Verilən məlumatların qiymətləndirilməsi ilə müəyyən edilmişdir ki, müəssisələrin ən mühüm problemi ixtisaslı kadr çatışmazlığıdır. problemləriniz; Problemləri, universitetlər, peşə məktəbləri, orta ixtisas təhsili müəssisələri kimi dövlət müəssisələri ilə əməkdaşlığ edilərək həll oluna bilər. Sonda mebel müəssisələrinin problemlərinin həlli üçün həll yolları təklif olunub.

Açar sözlər: Lənkəran, mebel sənayesi, problem, həll yolları

;