FİRMANIN RƏQABƏT ÜSTÜNLÜYÜ AMİLLƏRİNİN TƏHLİLİ

Ağayeva Könül Asəf qızı- i.ü.f.d., dosent, İqtisadi nəzəriyyə və marketinq kafedrası, AzMİU, konul.aghayeva@gmail.com

Xülasə. Məqalədə firmanın rəqabət üstünlüyünün mahiyyəti, onun inkişaf amilləri, təsnifatı və idarə edilməsinin xarakterik cəhətləri təhlil edilmişdir. Rəqabətin mahiyyəti təhlil olunarkən qeyd edilmişdir ki, bu fasiləsiz bir proses olub, dəyişən şəraitə və mühitə uyğunlaşan marketinq münasibətləri,əlverişli istehsal, satış imkanlar və optimal adaptasiya olunan seqmentlər yaradır. Məqalədə həmçinin firmanın zəif və güclü tərəflərinin təhlili, onun imkanları, yeni rəqabət üstünlüklərinin əldə edilməsi və saxlanılması üzrə səylərin sistemli təhlili aparılmış və müvafiq nəticələr qeyd edilmişdir. Məqalədə mümkün rəqabət üstünlüklərinin müəyyən edilməsi məsələləri araşdırılaraq qeyd olunur ki, firma ən üstün dəyərləin təchizatçısı kimi öz mövqeyini müəyyənləşdirdiyi ölçüdə rəqabət üstünlükləri əldə edir.

Açar sözlər: Rəqabət, rəqabətqabiliyyətliyi, rəqabət üstünlüyü, Beynəlxalq rəqabət, rəqabət mübarizəsi, firmanın rəqabət üstünlüyü, strateji marketinq, taktiki marketinq, standartlaşdırma, rəqabət strategiyası , rəqabətin hərəkətverici gücü, firmanın qlobal strategiyası

;