https://doi.org/10.58225/1441

PANDEMİYANIN MÜƏLLİMLƏRİN İNGİLİS DİLİNİN MƏNİMSƏMƏ MODELİNƏ TƏSİRİ

Musayeva Nailə Fuad qızı- t.e.d., prof., İnformasiya texnologiyaları və sistemləri kafedrası AzMİU, musanaila@gmail.com

Xasayeva Afaq Şamil qızı- müəllim, Xarici dillər kafedrası, AzMİU, afag.xasaeva@gmail.com

Xülasə. Qeyd edilib ki, bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həm tələbələri, həm də müəllimləri tərəfindən ingilis dilinin öyrənilməsi mühüm məsələdir. Buna görə də universitetdə tələbələr üçün təhsilin ingilis dili sektoru, müəllimlər üçün isə Elementary, Pre-Intermediate, Intermediate, UpperIntermediate, Advanced səviyyələrini əhatə edən ingilis dili kursları təşkil edilmişdir. Bildirilib ki, pandemiya dövründə kursların fəaliyyəti müvəqqəti dayandırılmışdır. O zaman müəllimlər həm öz dərslərini, həm də ZOOM proqramı vasitəsilə əməkdaşların dərslərini də tez-tez izləmək imkanı əldə etmişdilər. Göstərilib ki, bu ingilis dilində dərs keçirən müəllimlər arasında böyük təcrübə mübadiləsinə səbəb olmuşdur. Eyni zamanda kursların fəaliyyətini onlayn rejimdə də davam etdirmək ideyası yaranmışdır. Qeyd olunur ki, pandemiya dövründə müəllimlərin ingilis dilini mənimsəmə modeli “pandemiyadan əvvəlki” dövr modelindən fərqlənir. Üstəlik, dinləmə, nitq (danışma), oxuma və yazma kimi informativ xüsusiyyətlərin göstəriciləri ilə qiymətləndirilən öyrənmə keyfiyyətində və sürətində müsbət tendensiya müşahidə olunur. Bununla əlaqədar olaraq, online tədris rejimi “pandemiyadan sonra” dövründə də istifadə edilməsi təklif olunur.

Açar sözlər: İngilis dili, təlim, ingilis dilində tədris, ingilis dilini öyrənməyin "pandemik" modeli

;