POLİMER MODİFİKATORLARIN YOL BİTUMUNUN XASSƏLƏRİNƏ TƏSİRİ

Quvalov Abbas Abdurəhman oğlu- t.e.d., prof., Materialşünaslıq kafedrası, AzMİU, abbas-guvalov@mail.ru

Məmmədov Anar Davud oğlu– doktorant, Materialşünaslıq kafedrası, AzMİU

 

Xülasə. Polimer modifikatorların verilmısi ilə BNB 50 /70 markalı yol bitumu əsasında polimer- bitum yapışdırıcısının (PBY) alınması tədqiq olunmuşdur. Polimer əlavə kimi polietilentetraftalat, polipropilen, etilen və vinilasetatın sopolimeri istifadə edilmişdir. Bitum və polimer- bitum yapışdırıcısının əsas göstəricilərinin müqayisəli analizi aparılmışdır. Müəyyən edilmişdir ki, bitumda polimerin miqdarı artdıqca yumşalma temperaturu artır, penetrasiyası azalır. Bu polimerin təsiri ilə bitumun özlülüyünün artması və quruluşunun sərtləşməsi ilə əlaqəardır. Bituma etilen vinilasetat sopolimerinin əlavə edilməsi ilə onun kövrəklik temperaturunun azalmamasına baxmayaraq modifikasiya olunmuş bitumun işçi temperatur intervalı əlavəsiz bituma nisbətən 8- 13 dərəcə geniş olur. Modifikatorun qatılığının artması ilə iynənin batma dərinliyi, yumşalma temperaturu artır, kövrəklik temperaturu azalır və yol örtüyünün işçi temperatur intervalı əhəmiyyətli dərəcədə genişlənir Aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, modifikasiya olunmuş bitumun tətbiqi ilə alınmış asfaltbetonun bir çox xüsusiyyətləri, o cümlədən uzunömürlülüyü yaxşılaşır. Yüksək istismar xüsusiyyətlərinə malik asfaltbetonda istifadə edilən modifikasiya olunmuş bitumun tərkibində polimerlərin miqdarı 3- 5% təşkil edir.

Açar sözlər: bitum, polimer, modifikator, polimer- bitum yapışdırıcısı, yumşalma temperaturu, işçi temperatur intervalı

;