UÇAN APARATLARIN TEXNİKİ GÖRMƏ SİSTEMLƏRİ VASİTƏSİLƏ MÜŞAHİDƏ EDİLMƏSİ 

Nurəliyev Camaləddin Ağabala oğlu- assistant, İnformasiya texnologiyaları və sistemləri kafedrası, AzMİU,camal.nuraliyev@gmail.com

Nurəliyev Rəşad Camaləddin oğlu- mühəndis, SOCAR, rnuraliyev@gmail.com

Xülasə. Biz bizi əhatə edən insanların üzlərinə, predmetlərə, təbiətə baxanda, beyinimiz vizual informasiyanın hamısını emal etmək üçün böyük bir iş görür. Tanıdığımız insanları şəkildə tapmağa və ya binanı abidədən ayırmağa çətinlik çəkməyəcəyik. Kompüterlərimiz informasiyanın, şəkilin, video və audionun, faylların böyük həcmlərini saxlaya bilirlər Bəs istədiyimiz insanın şəkilini bu cür asanlıqla tapmaq üçün onlara nə mane olur? Onları nəzərdən keçirək: 1. Miqyas. Təsvirlər müxtəlif miqyasa malikdir. Biz eyni kimi qəbul etdiyimiz predmetlər, əslində müxtəlif təsvirlərdə müxtəlif sahəni tuturlar.Yer. 2. Bizi maraqlandıran obyekt təsvirin müxtəlif hissəsində ola bilər. 3. Fon və maneələr. Ayrı- ayrı kimi qəbul etdiyimiz predmet, təsvirdə heç vaxt seçilməmişdir və başqa predmetlərin fonundadır. Bundan başqa, təsvir mükəmməl deyil və hər cür təhriflər və maneələrə meyilli ola bilər. 4. Proyeksiya, fırlanma və görüntünün bucağı. Təsvir yalnız bizim üçölçülü dünyamızın ikiölçülü proyeksiyasıdır. Buna görə obyektin döngəsi və görüntünün bucağının dəyişikliyi qəti şəkildə onun ikiölçülü proyeksiyasına təsir edir. Eyni bir obyekt bucaq və ya məsafədən asılı olaraq müxtəlif şəkildə verə bilər.

Açar sözlər: Pilotsuz uçan aparatlar, texniki görmə sistemi, miqyas, yer, proyeksiya

;