MÜXTƏLİF KARTOQRAFİK METODLARDAN İSTİFADƏ ETMƏKLƏ İRİ ŞƏHƏRLƏRİN SOSİAL HƏYATININ ÖYRƏNİLMƏSİ

Novruzova Zeynəb Ağasəf qızı– müəllim, Geomatika kafedrası, AzMİU, zeyneb.novruzova.1957@mail.ru

Qəniyeva Səriyyə Nazir qızı– müəllim, İnşaat kolleci, AzMİU, sariyya.ganiyeva@gmail.com

Qüdrətzadə Şəfəq Vaqif qızı– assisent, Geomatika kafedrası, AzMİU, shefeq.qudretzade@mail.ru

Xülasə. Məqalədə məkan təsvirinin və ya tədqiq edilən obyekt barədə geolokasiya məlumatlarının informasiya mənbələrindən biri kimi çıxış etdiyi kartoqrafik metodların imkan və məhdudiyyətlərindən bəhs olunur. Bu metodlardan şəhərin sosioloji tədqiqi zamanı daha geniş istifadə edilir. Məqalədə şəhər praktikasının öyrənilməsi zamanı tətbiq edilən həm ənənəvi, həm də müasir kartoqrafik metodların xüsusiyyətləri təhlil olunur, bu metodların baza təsnifatı nəzərdən keçirilir. Burada coğrafi məlumatların istifadəsi ilə bağlı elmi, tədris və praktiki problemlərin həlli üçün ən əlverişli alət kimi müasir informasiya cəmiyyətində Coğrafi İnformasiya Sistemlərinin tətbiqindən danışılmışdır. Burada sistemlər mövzusuna görə geniş və müxtəlif informasyon massivlər əsasında yaradılır və ehtiyatların inventarlaşdırılması, qiymətləndirilməsi, mühafizəsi və səmərəli istifadəsi, habelə onların istismarının nəticələrinin proqnozu üçün təyin edilir.

Açar sözlər: mental xəritələr, interaktiv xəritələr, geolokasiya, coğrafi etiket, geoinformasiya tətbiqləri, kartoqrafik metod tətbiqləri

;