BİNA VƏ QURĞULARIN İSTİSMARINDA AŞINMANIN TƏDQİQİ

Əliyev İlqar Qiyas oğlu- t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, i_q_aliyev@mail.ru

Yusifov Maarif Zabit oğlu- t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, maarif_yusifov@mail.ru

Xülasə. Məqalədə bina və qurğulara təsir edən xarici və daxili amillərin yaratdığı aşınma tədqiq edilib, aşınmanın bina və qurğuların istismarına təsirləri göstərilmişdir. Texniki istismar prosesinin təşkil olunmasında nəzərə alınmalı xüsusiyyətlər təhlil edilərək, fiziki və mənəvi aşınma naturada misal olaraq öyrənilmişdir. Bina və qurğuların texniki vəziyyətinə nəzarət üçün konstruksiya elementlərinin mütəmadi müayinəsi, bu müayinə nəticələrinin toplanması və analizinin bina və qurğuların davamlı texniki istismarında, onların dayanıqlıq qabiliyyətinin saxlanılmasında başlıca amil olaraq nəzərdə tutulması göstrəilmişdir. Bina və qurğuların zədələnmələrinin səbəb və xüsusiyyətlərinin vaxtında və dəqiq aşkarlanması, eləcə də bina və qurğuların texniki vəziyyətinin və istismar keyfiyyətlərinin təhlili, onların istismarı zamanı böyük təcrübi əhəmiyyəti vurğulanmışdır. Zədələrin müayinəsi və təhlilinin bina və qurğuların istismarında, aşınmaların tədqiqinin nəinki binaların istismar etibarlığının təmin edilməsində və eləcə də təmir-bərpa işlərinin aparılması, habelə bina və qurğuların rekonstruksiyasında vacibliyi göstərilmişdir.

Açar sözlər: binaların istismarı, texniki vəziyyət, fiziki aşınma, mənəvi aşınma, istismar keyfiyyətləri

 

;