TARİX- MEMARLIQ VƏ ETNOQRAFİYA QORUĞU ƏRAZİLƏRİNDƏ YERLƏŞƏN MÖVCUD BİNALARIN NƏMDƏN MÜDAFİƏ TƏDBİRLƏRİNİN TEXNİKİ– NƏZƏRİ CƏHƏTDƏN ƏSASLANDIRILMASI

Əliyev İlqar Qiyas oğlu- t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, i_q_aliyev@mail.ru

Yusifov Maarif Zabit oğlu- t.ü.f.d., dosent, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası, AzMİU, maarif_yusifov@mail.ru

Xülasə. Məqalədə Tarix- Memarlıq və Etnoqrafiya qoruğu ərazilərində yerləşən mövcud binaların nəmdən müdafiə tədbirlərinin texniki– nəzəri cəhətdən əsaslandırılması araşdırılmış, binalara təsir edən xarici və daxili amillərin yaratdığı mikroiqlim parametrlərinin pozulması, xarici mühafizə konstruksiyalarında yaranan nəmliyin səbəbləri və yerinin müəyyən olunması üçün analitik hesabat metodları işlənilmişdir. Konstruksiya daxilində su buxarının kondensat yaratması, baş verəcək kondensasiyasının aşkar edilməsi məqsədilə bu vaxta kimi tətbiq olunan üsulların qəlizliyi və qeyri-dəqiqliyi baxımından təklif olunan yeni üsulun səmərəliyi əsaslandırılmışdır.

Açar sözlər: mikroiqlim, nəm, kondensat, su buxarı, istilikötürmə

;