“BAKU STEEL COMPANY” MMC-DƏ İSTEHSAL OLUNAN İNŞAAT ARMATUR POLADLARININ TERMİKİ MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ BAŞ VERƏN STRUKTUR ÇEVRİLMƏLƏRİ

Məmmədov Arif Tapdıq oğlu– t.e.d., prof., Metallurgiya və materiallar texnologiyası kafedrası, AzTU, ariff1947@mail.ru

İsmayılov Nizami Şayı oğlu- t.e.d., prof., Metallurgiya və materiallar texnologiyası kafedrası, AzTU, nizism@mail.ru

Hüseynov Muxtar Çərkəz oğlu- t.e.n., dos., Metallurgiya və materiallar texnologiyası kafedrası, AzTU, muxtar1953@mail.ru

Quliyev Faiq Tofiq oğlu- t.e.n., dos., Baku Steel Company, faiqquliyev@mail.ru

Cəfərova Vüsalə Namiq qızı– dissertant, Fizika və Kimya kafedrası, AzMİU, azmiu_vusale@mail.ru

Xülasə. Metal tullantılarından istifadə etməklə şixtə materialından elektroqövs sobasında əridilmiş inşaat armatur poladlarının fiziki-mexaniki xassələrinin yüksəldilməsi üçün yayma əməliyyatından sonra dərhal termiki emalı həyata keçirilmişdir. Bu poladların kifayət qədər yüksək texnolojiliyə və yaxşı qaynaqolunma qabiliyyətinə malik olması üçün onların azkarbonlu (C≤0,25%) və azlegirlənmiş poladlardan hazırlanması tövsiyə olunmuşdur. Lakin inşaat normallarının tələblərini ödəmək üçün bu poladlar yüksək struktur bircincliyinə və fiziki-mexaniki xassələrə malik olmalıdırlar. Müəyyən edilmişdir ki, bu tələbləri yalnız armaturun yayma əməliyyatından sonra dərhal termiki emalı ilə həll etmək olar. Bu halda effekt armaturların möhkəmləndirici termiki emalı ilə alına bilər. Ona görə termomexaniki emal birbaşa yayma zamanı, yəni plastik deformasiyadan sonra aparılmışdır. Yaymadan sonra yüksək termomexaniki emalın (YTME) alınan effekti məhz bundan asılıdır, yəni bu zaman yaymada əldə edilən xassələr təkrar tablandırma zamanı öz irsiliyini saxlayır. Məhz yaymadan sonra dərhal YTME-nin aparılması ilə inşaat azkarbonlu armatur poladlarından fiziki-mexaniki xassələrin, o cümlədən axıcılıq və möhkəmlik xassələrinin standartın tələblərinə cavab verməsinə nail olunmuşdur.

Açar sözlər: inşaat armatur poladı, termomexaniki möhkəmləndirmə, yayma, tablandırma, fiziki-mexaniki xassələr, mikrostruktur

;