İRİ ŞƏHƏRLƏRDƏ PARKLARIN LAYİHƏLƏNDİRİLMƏ PROSESİNƏ TƏSİR EDƏN SOSİAL VƏ EKOLOJİ ASPEKTLƏR

                Mustafayeva Fidan Vaqif qızı- m.ü.f.d., Memarlığın əsasları kafedrası, AzMİU,    fidan.mustafayeva@azmiu.edu.az

Xülasə. Böyük şəhərlərdə park tipli rekreasiya zonalarının layihələndirmə prosesinin başlanğıcında sağlam və estetik şəhər mühiti yaratmaq, əhalinin ekoloji əsaslanmış tələblərini ödəmək üçün ərazinin sosial və ekoloji amilləri təhlil olunmalıdır. Bu tədbirlər nəticəsində təşkil olunmuş ekoloji sağlam şəhər sakinlərinin iqlim tarazlığına istiqamətlənmiş problemlərinin həlli ilə yanaşı, həm də əhalinin qarşılıqlı ünsiyyəti və ekoloji maariflənməsi dəstəklənir. Böyük şəhərlərdə mövcud rekreasiya zonalarının timsalında biomüxtəliflik və təbii landşaft elementlərini mühafizə edən parklar şəhər əhalisinin ekoloji əsaslanmış, keyfiyyətli həyat fəaliyyətini təmin edir. Böyük şəhərlərdə əhalinin həyat fəaliyyəti, sosial inkişafı rekreasiya zonaları və onları əhatə edən yaşayış zonalarının landşaft həllinin balansı önəmli faktorlar sırasındadır. Şəhər və memarlıq mühiti faktorunun əsas inkişaf göstərici kimi böyük şəhərlərin rekreasiya zonalarının landşaftının yenidənqurması prosesini qeyd edə bilərik. Son illər Azərbaycanın böyük şəhərlərində territorial inkişaf üçün nəzərdə tutulmuş tədbirlər sırasına bir neçə yaşayış məskəninə birbaşa tabe olaraq ümumi şəhər karkasının bir hissəsini təşkil edən parkların salınması tendensiyası daxil olur.

Açar sözlər: iri şəhərlər, rekreasiya zonaları, şəhər mühiti, ekoloji aspekt, territorial inkişaf

;